“AZERSELL” qiymətləri 150 faiz artırdı - NARAZILIQ

"Azercell Telekom” MMC "Asan İmza" xidmətinin qiymətini artırır.

AzerTaym.az xəbər verir ki, "Asan İmza" xidmətindən istifadəyə görə əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri və dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan "Azercell" abunəçiləri üçün hər faktura dövrünə görə abunə haqqı 2.50 AZN təyin edilib. Bundan əvvəl isə abunə haqqı 1 AZN idi.
Qiymətlərin qəfildən 150 faiz artırılması "Asan İmza”dan istifadə edən şəxslərin narazılığına səbəb olub. Belə ki, həmin şəxslər sosial şəbəkə vasitəsilə etiraz edərək "Azercell”i növbəti dəfə soyğunçuluqda ittiham ediblər.
Xatırladaq ki, hazırda "Asan İmza" xidmətinə üçillik qoşulma haqqı əhali, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər, hüquqi şəxslərin nümayəndələri üçün 18 AZN (ƏDV daxil), dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşları olan abunəçilər üçün isə 54,46 AZN (ƏDV daxil) təşkil edir.






Fikirlər