"Azercell" 1 dəqiqə = 3 qəpik tarifini ləvğ edir
Azərbaycan mobil operatoru “Azercell Telecom” abunəçilərinə müraciət edti. Fins.az-ın verdiyi xəbərə görə, bu haqda rəsmi mətbuatda bildirilib. Müraciətə əsasən, gələn il yanvarın 10-dan etibarən korporativ abunəçilər istisna olmaqla bütün fiziki şəxs statusuna malik abunəçilərin fakturalı xətt sisteminə aid nömrələrində “Bizklub” proqramı dayandırılacaq. Buna görə də, proqramın üzvləri endirim və güzəştlərdən, o cümlədən öz aralarında 1 dəqiqə = 3 qəpik tarifi ilə danışmaq imkanından yararlana bilməyəcəklər.