BELƏ VƏZİYYƏTDƏ 5 dəqiqə QALSANIZ...
Əgər şəkildə gördüyünüz pozada heç olmasa, 5 dəqiqə dayansanız, həyatınızda 5 möcüzə baş verəcək. Publika.az xəbər verir ki, bu, orqanizm üçün həqiqətən də çox faydalıdır. Gərgin günün ardından sonra yerə uzanıb ayaqlarınızı yuxura qaldırın. Təxminən 10-15 dəqiqə bu vəziyyətdə qalın. Bu vpozanı hər gün təkrar edin. Ayaqları divara söykəmək niyə belə faydalıdır? Gün ərzində bədənimiz şaquli vəziyyətdə olur, xüsusilə saatlarla oturaq vəziyyət qalmaq çox zərərlidir. Bu sadə poza sayəsində bədən gümrahlaşır. Üstəlik sadə pozanı həyata keçirmək üçün əlavə səy göstərmək lazım olmayacaq. Beliniz dümdüz şəkildə yerə uzanıb ayaqları divara söykədikdə yorğunluq aradan qalxır, bədən canlanır, bel ağrıları yox olur və başınız daha yaxşı işləməyə başlayır. Bu hərəkət sayəsində orqanizm tonusa gəlir, ayaqlarda yüngüllük hiss olunur. Bədən tez bərpa olunur, dincəlir, onurğa sütununda gərginlik aradan qalxır. Bu poza ürəyin fəaliyyətini normaya saldığı üçün ayaqlarda qan dövranı daha yaxşı işləyir və "ayaqlarda ağırlıq" çəkilir.