Arif Qasımov səyyar QƏBUL KEÇİRDİ

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən 214 №-li tam orta məktəbdə Q.Qarayev prospekti 62, 66, Ə.Əzimzadə küçəsi 19, 34/60 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.
AzerTaym.az xəbər verir ki, səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, 2 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.
Sakinləri salamlayan Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov, Prezident İlham Əliyevin tapşırığı ilə əhalinin problemlərinin yerində öyrənilməsi və həll edilməsi məqsədilə mütəmadi olaraq səyyar qəbulların keçirildiyini diqqətə çatdırıb.
Qəbulda sakinlər məhəllələrin işıqlandırılması, istilik sisteminin təmir edilməsi, evlərinə telefon xəttinin çəkilməsi, binalarda pilləkən qəfəsələrinin təmir edilməsi, məhəllələrdə ağacların budanması və digər məsələlərlə bağlı rayon rəhbərinə müraciət ediblər.
Qəbulda səslənən müraciətlər, təklif və rəylər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilib, qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.
Sakinlər əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildiriblər.






Fikirlər