ARİF QASIMOV SAKİNLƏRİN problemləri ilə maraqlandı

Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımovun rayon sakinləri ilə növbəti səyyar qəbul-görüşü keçirib.

AzerTaym.az xəbər verir ki, İcra Hakimiyyətində keçirilən qəbullarla yanaşı, başçının yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər də əhalinin qaldırdığı məsələlərin operativ həllində böyük əhəmiyyət daşıyır.
Dünən Arif Qasımov tərəfindən İ.Məmmədov küçəsi 2, 2/4, 3, 8 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.
Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.Sakinlər tərəfindən məhəllədə asfalt örtüyünün yenilənməsi, uşaqlar üçün əyləncə qurğularının quraşdırılması, binada istilik sisteminin təmir edilməsi və digər qaldırılan məsələlər başçının göstərişi ilə həll edilməsi üçün nəzarətə götürülüb.   






Fikirlər