ARİF QASIMOVUN növbəti səyyar qəbul-görüşü keçirilib

29 avqust 2018-ci il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov tərəfindən M.X.Şərifli küçəsi 84, 86, 88 ünvanlarda yaşayan sakinlərlə növbəti səyyar qəbul-görüş keçirilib.

Səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, rayonun xidmət sahələrinin rəhbərləri və rayon sakinləri iştirak ediblər.

Qəbulda sakinlər yaşadıqları ərazidə abadlıq işlərin aparılması, binanın dam örtüyünün, kanalizasiya xəttinin, blokların təmir edilməsi, məhəllədə su kranının qoyulması, mənzil məsələləri və digər sosial problemlərlə bağlı Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımova müraciət ediblər.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən əlaqədar qurum və təşkilatların rəhbərlərinə yerindəcə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.






Fikirlər