"116 MANATA necə QHT SAXLAMAQ OLAR?"

Niyaməddin Orduxanlı: "Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsindən QHT-lərə ayrılan vəsait artırılacaq “

“ Maliyə naziri Samir Şərifovun Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına bu il ayırdığı pul həddindən artıq azdır. Bu gün rəsmi olaraq 4000 QHT qeydiyyatdan keçib. Bu qədər QHT-yə 5.6 milyon manat ayrılıb. Hər il QHT-lərə ayrılan vəsait azamağa doğru gedir. Minlərlə QHT bu qədər vəsaitlə nə edə bilər?". Bu açıqlamanı Musavat.com saytına BAXCP sədrinin müavini, ölkənin tanınmış QHT sədri Niyaməddin Orduxanlı bildirib. Onun sözlərinə görə, nazir Samir Şərifov bir körpünün inşasına 45 milyon manat ayırır, ancaq minlərlə QHT-lərə 5.6 milyon: “ Vətəndaş Cəmiyyəti ölkəmizin əsas sütunlarından biridir. Dövət və milli maraqarımızın qorunmasında QHT-lərin müstəsna rolu var. Cənab prezident İlham Əliyevin hər zaman vətəndaş cəmiyyətinə xüsusi önəm verib. Və dövlətimizin inkişafında QHT-ləri hər zaman fəal olmağa səsləyib. QHT-lər cənab prezident İlham Əliyevin hər zaman diqqət və qayğısını görüb. Elə bu səbəbdəndir ki, Prezident 10 ildir QHT-lərə Dövlət Dəstəyi Şurasını yaradıb. Bu gün yüzlərlə, minlərlə QHT var ki, yalnız dövlətin dəstəyindən başqa heç bir donor təşkilatdan maliyyə almır. Onu da bilin ki, Azərbaycanın dövlət maraqlarını qoruyan QHT-yə heç bir beynəlxalq təşkilat bir manat da olsun qrant vermir və verməz də! Çünki onların böyük əksəriyyəti bəzi QHT-lərə ona görə pul ayırır ki, onlar dövlətçiliyimizin əleyhinə fəaliyyət göstərsinlər. “

QHT sədri Niyaməddin Orduxanlınin bildirdiyinə görə, artıq Milli Məclisdə 2019-cu ilin budcəsi müzakirəyə başlayıb: “ Deputatlara paylanan budcədən bəlli oldu ki, bu il də maliyə nazirliyi QHT-lərə ayrılan vəsaitin həcminin azaldıb. Bu konkret olaraq biabırcılıqdır! 5.6 milyon vəsaiti 4000 QHT arasında böləndə , bir ilə 1400 manat düşür. 1400 manatı da 12 aya böləndə hər bir QHT-yə 116 manat düşür. 116 manatla necə QHT saxlamaq olar?! Bu səbəbə görədir ki, beynəlxalq təşkilatların da tanındığı QHT sədrlərimiz istefa veriblər və bu sahədə çalışmaqdan imtina ediblər. Hər zaman dövlətçiliyi qoruyan QHT-lərə bu münasibətin olması yolverilməzdir. Ermənilər beynəlxalq təşkilatların keçirdiyi tədbirlərdə azı 6-7 QHT ilə təmsil olunurlar. Ancaq Azərbaycandan ən yaxşı halda 2 nəfər olur və bunun da biri öz şəxsi hesabına tədbirdə iştirak edir. Niyə? Bu cür davam etsə, QHT-lər təmsilçiliyi minumuma düşəcək.”

N.Orduxanlıya görə, çox sevindirici haldır ki, dünən başlanan büdcə müzakirəsində Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev bu məsləni hökümət üzvülərinin diqqətinə çatdırdı: “ Bilirsiniz, Azay müəllim QHT-lərin hansı vəziyyətdə olduğunu çox yaxşı bilir. Çünki bütün problemlərimizi Şura rəhbərliyinə həm yazılı, həm də şifahi şəkildə təqdim edirik. Biz QHT-lər gözləyirik ki, növbəti günlərdə müzakirələr zamanı digər millət vəkillərimiz də QHT-lərə ayrılan vəsaiti həddinən artıq az olmasından danışacaqlar. Çünki bəzi millət vəkilləri həm də hansısa QHT-yə rəhbərlik edirlər. Və onlar da vəziyyətin nə dərəcədə olduğunu çox yaxşı bilirlər. Minlərlə QHT gözləyir ki, 2019-cu ilin dövlət büdcəsinə ayrılan vəsait artırılacaq".






Fikirlər