Nazirlik: Son 10 ildə səhiyyəyə ayrılan vəsait 11 dəfədən çox artıb

Nazirlik: Son 10 ildə səhiyyəyə ayrılan vəsait 11 dəfədən çox artıbSon 10 il ərzində Azərbaycanda səhiyyəyə ayrılan büdcə vəsaiti 11 dəfədən çox artıb.
Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, respublikada səhiyyəyə ayrılan büdcə vəsaiti 2003-cü illə müqayisədə 11 dəfədən çox artaraq hazırda təxminən 669 milyon manat təşkil edib. 2014-cü il üçün 725 milyon vəsait nəzərdə tutulub ki, bu da 2013-cü illə müqayisədə 8%-dən çox artım deməkdir. Büdcə vəsaitlərin artırılması və investisiya fondundan ayrılan vəsait respublikamızda aparıcı texnologiyalarla, müasir tibbi avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzlərinin yaradılmasına imkan verib.
Əhaliyə göstərilən tibbi xidmətin həcminin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilib və büdcədən maliyyələşdirilən dövlət proqramlarının xüsusi rolu olub. Təkcə 2013-cü ildə proqramların icrası məqsədilə 80,1 milyon manat vəsait sərf olunub. Ölkədə ilbəil proqramların icrasına ayrılan vəsait artırılır. Belə ki, 2014-cü ildə bu məqsədlə 86,0 milyon manat vəsaitin ayrılması planlaşdırılır.






Fikirlər