ƏHALİNİN DOĞUM və ölüm STATİSKASI AÇIQLANDI

Əhalinin doğum və ölüm statistikası açıqlandı

2018-ci ilin on ayında Azərbaycanda 48 186 ölüm halı qeydə alınıb.

Ölüm səviyyəsi əhalinin hər 1 000 nəfərinə 5,9 təşkil edib.

Bu ilin yanvar-oktyabr aylarında isə Azərbaycanda 116 365 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1 000 nəfərinə bu göstərici 14,2 təşkil edib. Körpələrin 53,3 faizi oğlan, 46,7 faizi isə qız uşaqlarıdır. Doğulan körpələrdən əkizlərin sayı 2 236, üçəmlərin sayı isə 96 olub.

Ümumilikdə ilin əvvəlindən ölkə əhalisinin sayı 69 645 nəfər artaraq 2018-ci il noyabr ayının 1-i vəziyyətinə 9 967 730 nəfərə çatıb.






Fikirlər