Alçanın İNANILMAZ 11 FAYDASI

Alçanın İNANILMAZ 11 faydası

Alça insan sağlamlığı üçün lazım olan olan C, A və K kimi vitaminləri özündə ehtiva edən turş meyvədir. Tədqiqatlara görə, 100 qram alça təxminən 47 kaloridir.

Publika.az
 alçanın inanılmaz 11 faydasını təqdim edir:


- Alça yüksək üzvi turşu tərkibli meyvədir. Bu üzvi turşular vücudda qələvi saxlamağa kömək edir.

- Laktik turşunu təsirsiz hala gətirə bilir, nəticədə yorğunluq azalır.

- Qatıq, ayran, pendir kimi süd məhsulları ilə birlikdə istehlak edilərsə, kalsiumu artırır.

- Yumurta, ət, balıq və hinduşka kimi protein əsaslı qidalarla istehlak edildikdə, onların turşu təsirini azaldır. Bu şəkildə metabolizmə dəstək veriləcəyi üçün çəki atma prosesinə müsbət təsir göstərir.

- Tərkibində uyğun kalsium, fosfor nisbəti var.

- Lif baxımından zəngin qidadır. Bu sayədə həm həzmi asanlaşdırır, həm də qəbizlik probleminin qarşısını almağa köməkçi olur.

- Mütəmadi alça yemək diş ətini və sümük sağlamlığını gücləndirir.

- Anemiyanın qarşısını alır.

- Yüksək C vitamini tərkibi sayəsində immunitet sistemini gücləndirir.

- Yaşlanmanın qarşısını alır və dərini yeniləyir. Tərkibindəki fitoflavonoidlər və vitaminlər birləşdirici toxuma yenilənməsini sürətləndirir. Bu şəkildə daha möhkəm bədən üçün dəstək funksiyasını yerinə yetirir.

- Qan şəkərinin tənzimlənməsinə kömək edir.






Fikirlər