“Məhsulları zay, servisləri bərbaddır” - “Arçelik”dən şikayət
Bakı sakini “Arçelik” firmasından aldığı soyuducuların xarab çıxması və təmir xidmətinin məsələyə məsuliyyətsiz yanaşmasından şikayətçidir. Bu barədə vətəndaş Nizami Şirinov “Qafqazinfo”ya müraciətində məlumat verib. O bildirib ki, “Arçelik”dən aldığı soyuducu və dondurucunun hər ikisi “defekt” çıxıb: “Mən “Arçelik”in Sədərəkdəki mağazasından 3 illik zəmanətlə iş üçün böyük dondurucu aldım. Alandan 2-3 ay sonra xarab oldu, servisə zəng etdim, 2 həftə sonra gəlib apardılar. Təxminən 10 gün də özlərində saxlayandan sonra düzəldib gətirdilər. Bu dəfə də üstündən 1 ay keçəndən sonra yenə xarab oldu. Artıq iki ildi dondurucunu almışam, təxminən 5 dəfə xarab olub. Hər dəfə də servisə deyəndən 15 gün sonra gəlib baxırlar, aparanda da 2 həftəyə filan qaytarırlar. Mən iki il ərzində bu dondurucunu istifadə edə bilməmişəm. Nizami Şirinov qeyd edib ki, “Arçelik”lə bağlı bu başına gələn ilk hadisə deyil: “Bundan öncə ev üçün soyuducu almışdım, onun da dondurucu yerinin qapısı “defekt” idi. Qapı əyri olduğu üçün bağlanmırdı. Servisə dedim, 2 həftə sonra bir türkiyəli usta gəlib baxdı, dedi bunun qapısı dəyişilməlidir. Bu olub 2014-cü ilin iyul ayında, mən onların gəlib qapını dəyişməsini düz 1 il gözlədim. Həmin il qışda zəng etdim ki, niyə gəlib dəyişmirsiz. Dedilər, Türkiyədə qar yağıb, yollar bağlıdı, “TIR”lar gələ bilmir ki, ehtiyat hissələri götürək. Həmin qış keçdi, bu il yayda neçə dəfə zəng etməyimdən sonra gəlib qapını dəyişdirlər. Mən bilsəydim “Arçelik”in servisi bu vəziyyətdədir, əvvəldən elə başqa firmalardan alardım”. N.Şirinov deyib ki, şirkət onun müraciətlərinə laqeyd yanaşdığından məsələni işıqlandırmaq qərarına gəlib və iki il ərzində istifadə edə bilmədiyi dondurucunun dəyişdirilməsini istəyir.(Azərtaym.az)
Oktyabrın 18-də işləmədiyi üçün yenə servisə məlumat verdim, ayın 27-də gəlib baxdılar. Usta dedi, qaz vurulmalıdır, vurdu, amma yenə işləmədi. Sonra da dedi ki, buralıq deyil, servisə aparılmalıdır. Usta balaca maşınla gəldiyi üçün həmin gün apara bilmədi. 10 gün keçməsinə baxmayaraq, hələ də heç kim gəlməyib. Dünən yenə baş ofisə zəng etdim, oranın işçisi olan qız məndən soruşur ki, bəs gəlib aparmayıblar dondurucunu? Məni ələ salırlar, onsuz da 2 il ərzində mən bundan heç istifadə edə bilməmişəm. Elə ancaq özləri aparıb-gətirirlər. Xarab malı satıblar mənə, zəmanətin bitməsinə 1 il qalıb. İstəyirlər ki, beləcə 1 ili də yola verib, axırda bu zay məhsulu mənə sırısınlar. Artıq tələb edirəm ki, dondurucunu dəyişib yenisini versinlər ya da pulumu qaytarsınlar. Yalandan özlərini reklam edirlər, amma məhsulları zaydı, servisləri də bərbad. Camaatı aldatmaqla məşğuldurlar”.