Kərimlə Zamiq üz-üzə gəldi: “Mənə maraqlı adam deyil“

 

 

 

bitmap-img6

Müğənni Zamiq Hüseynovla Kərim Abbasov üz-üzə gəliblər

 

Kərim “Rəqibim yoxdur” sözlərinə Zamiqin cavabını bəyənməyib. O, həmkarının “Nömrə “1”əm deməyi məni narahat etmir. Sən belə deyilsən axı, niyə bu cür deyirsən?” sözlərinə belə şərh verib: 
“Nə danışdısa, başa düşmədim. Sənətinə hörmətlə yanaşdığım adamların adını çəkməyi mən özümə ayıb bilməmişəm. Ancaq bir insan mənim üçün maraqlı deyilsə, onun səhnə performansı, oxu tərzi mənim düşüncə tərzimdə sıfırdırsa, bir insan ki, mənim maraq dairəmdə yoxdursa, həmin adamın heç vaxt adını tutmuram. Ona görə ki, mənə yaraşmır, mən Kəriməm. Özüm haqqında danışmağı sevmirəm. Amma çox “mənəm-mənəm” deyən müğənniləri sənətimlə kürəyini yerə vuraram. Ona görə də, danışanda bir qədər diqqətli danışın”. 
Kərim Zamiqlə heç vaxt dost ola bilməyəcəyini bildirib: 
 
“Hansısa tədbirdə “salam-sağ ol”demişik. Bizim heç vaxt münasibətimiz olmayıb, ola da bilməz. Mənə maraqlı adam deyil”. 
K.Abbasov yeni mahnısından da danışıb:
 
“Sözləri və musiqisi türkiyəli müğənni Berkayındır. O oxudu, mən də bəyəndim, ifa etdim. İnanıram ki, pis alınmayıb. Çünki ürəklə oxumuşam. Onu gərək ya ondan yaxşı oxuyasan, ya da onun qədər oxuyasan. Pis ifa etsən, insanların gözündən düşə bilərsən. Klip də çəkdirmək istəyirəm”. (axşam.az)






Fikirlər