ABU-DABU ŞEYXLƏRI AZƏRBAYCANDA OV ETDİ, kabab bişirdi - FOTOLAR

Abu-Dabi şeyxləri Azərbaycanda ov etdi, kabab bişirdi -
Abu-Dabi şeyxləri Azərbaycana ova gəliblər. Zəngin ərəb şeyxləri Bakıya gəldikdən paytaxtımızın ən məşhur və eləcə də bahalı otellərindən birində qonaqlayıblar. Təxminən 12-13 şeyx daha sonra ov üçün İmişli rayonuna yollanıblar. 
 
Bakıda bahalı maşınlar icarəyə götürən ərəblər VİP turizm xidmətlərindən yararlanıblar. Ərəblər özləri ilə şəxsi aşbazlarını, mühasiblərini və hətta sürücülərini də gətiriblər. 4 gün İmişlidə ov edən şeyxlər bu müddət ərzində kabab keyfi də ediblər. 
 
Şəkillər peşəkar fotoqraf Orxan Məmmədova məxsusdur.
 
Qeyd edək ki, Abu-Dabi neft gəlirləri sayəsində müasir bir şəhər halına gəlib. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tərkibinə daxil olan yeddi əmirlikdən biridir. Abu-Dabi dünyadakı neft ehtiyatları baxımından ən şanslı ölkələr arasındadır. Abu-Dabi bir ada olmasına baxmayaraq, bu əmirliyi quruya 3 böyük körpü bağlayır. Digər körfəz ölkələrində olduğu burada da çöl iqlimi hakimdir.(baku.ws)
 Azərtaym.az

 






Fikirlər