Milyarder şeyxin ziyarətinə 9 təyyarə ilə getdilər
Milyarder ərəb əmirləri, şeyxləri yenə bədxərclikləri ilə gündəmə gəliblər.
Məlumata görə, Qətər əmiri Şeyx Hamid bin Xalifə əl Tani tətil zamanı ayağını sındırıb. Əməliyyat üçün o təcili olaraq İsveçrəyə uçmalı olub.
Bu xəbəri alan Qətər kral ailəsinin üzvləri onun ziyarətinə gediblər. Ailə üzvləri İsveçrəyə getmək üçün 9 təyyarədən istifadə ediblər. Hava gəmilərindən biri "Airbus" olub. Təyyarələr İsveçrənin Sürix şəhərinə eniş edib.
Təyyarələr qısa zaman fərqli ilə hava limanına eniş ediblər. Onlardan ancaq ikisinin Doha şəhərindən gəldiyi deyilir.
63 yaşlı şeyxin əməliyyatı Sürixdə olub. Hökumət əmirin ayağının harada və hansı şəraitdə sınması barədə heç bir açıqlama verməyib. Ancaq onun ailəsi ilə birlikdə Atlas dağlarında tətildə olduğu bəllidir.
Ümumiyyətlə son zamanlar Şeyx Hamidin sağlamlığı ilə bağlı problemlərin ciddiləşdiyi bildirilir. 1995-ci ildə hakimiyyətə gələn şeyx vəzifəsini 2013-cü ildə oğlu - şeyx Tamimə ötürüb.