DƏHŞƏTLİ FAKT: Elmar Vəliyevin yarım milyon dollarlıq saat kolleksiyası - FOTO

Elmar Vəliyevin yarım milyon dollarlıq saat kolleksiyası

Təkcə bu iki saatın qiyməti 262 min dollar, bu günün kursu ilə 422 min manat təşkil edir...


AzerTaym.az Politika.Az-a istinadən xəbər verir ki, bu barədə məlumatı sosial şəbəkədə “Gəncə-Müstəqil İnformasiya Portalı” adlı (https://www.facebook.com/133636840303577/photos/a.196043050729622.1073741827.133636840303577/243629095971017/?type=3&theater) səhifə paylaşıb. Həmin paylaşmanı oduğu kimi yayımlayırıq:

Gəncə şəhər İcra Hakimiyyətinin başcısının internetdə olan şəkillərinə diqqətlə baxdıqda qolunda 4-5 fərqli-fərqli saat olduğunu görmək olar.
Gəncə şəhər icra hakimiyyətindəki etibarlı mənbəmizdən bu saatlardan ikisinin markasını öyrəndikən sonra kiçik bir araşdırma apardıq və maraqlı nəticələr əldə edə bildik.
İcra başcısının qolundaki bu saatlar dünyanın ən bahalı brendlərindən sayılan "Franck Muller" və "Breguet" firmalarının ən nadir və ən bahalı modellərindəndirlər.
Təkcə bu iki saatın qiyməti 262 min dollar, bu günün kursu ilə 422 min manat təşkil edir...
Xatırladaq ki, Elmar Vəliyevin maaşı təqribən 900 manatdır.
Yəni, təkcə bu 2 qol saatını halal yolla almaq üçün Elmar Vəliyev gərək düz 40 il icra başcısı işləyib, heç nə də yeyib-içməyəydi...

 

 






Fikirlər