Gəncə İcra başçısının müavini slavyan qızı ilə kef edir - FOTO

Gəncə İcra başçısının müavini slavyan qızı ilə kef edir - FOTOGəncə şəhər İcra Hakimiyyətinin Başçısının təsərrüfat işləri üzrə müavini Mikayıl Zeynalov qızların əhatəsində görüntülənib. Elmar Vəliyevin müavini ümumiyyətlə heç kimdən çəkinmədən qızların əhatəsində, əylənçə məçlisində görünüb.

BakıNews bu barədə Xalqxeber.az saytına istinadən xəbər verir. Mikayıl Zeynalov öz yanında gətirdiyi ukraynalı qız ilə Şəmkir şəhərindəki barların birində olarkən fotoları çəkilib.

BakıNews öz mənbələri vasitəsiylə əldə etdiyi məlumata görə Mikayıl Zeynalovla fotoda görütülənən Ukrayna vətəndaşı olan xanımla, Facebook vasitəsiylə tanış olub və ona eşq elan edərək, Gəncəyə əyləncəli günlər keçirməyə dəvət edib.

Gəncə şəhər İcra Hakimiyyətinin Başçısının təsərrüfat işləri üzrə müavini Mikayıl Zeynalov şəhərdə gəzərkən həm də öz korteji ilə fərqlənir. O,şəhərdə gəzərkən 3 nəfərlik cangüdən dəstəsi onu müşayət edir. Bunun səbəbinin nə olduğu isə hər bir Gəncə sakininə maraqlıdır. Şəhərdə əgər əmin-amalıq hökm sürürsə, bəs M.Zeynalov niyə kortejlə gəzir? Yoxsa özünün İcra başçısı Elmar Vəliyevdən fərqləndirmək istəmir?






Fikirlər