SİYAVUŞ Novruzovla FƏZAİL Ağamalı İsa Qəmbərə qarşı “birləşdilər”, . FƏRƏC QULİYEV İSƏ..

 

 

Bu gün Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbərin 59 yaşı tamam olur. 

Modern.az İsa Qəmbərin ad günü münasibəti ilə siyasətçilərdən təbrik mesajları almağa çalışıb. Amma...

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat, Siyavuş Novruzovhakimiyyətin siyasi opponentlərindən biri olan İsa Qəmbəri təbrik etmək istəməyib və bunu belə əsaslandırıb:

“Mənim onun doğum günü barədə məlumatım yoxdur”.

Ana Vətən Partiyasının sədri, Milli Məclis üzvü Fəzail Ağamalı isə İsa Qəmbərin adını eşidən kimi belə deyib:

“Mövzu tapmırsınız?..”.

Siyavuş Novruzov və Fəzail Ağamalıdan fərqli olaraq, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev İsa Qəmbəri təbrik edib.

“Siyasi opponentlik düşmənçilik demək deyil. Biz Azərbaycanda siyasi mühitin düşüncə davası səviyyəsində olmasını istəyirik. Bizim istəyimiz budur ki, kimsə xarici ölkələrin diktəsi ilə hərəkət etməsin. Kimsə siyasi hakimiyyət uğrunda mübarizə aparırsa, bu, onun haqqıdır. Mənim İsa Qəmbərlə də, başqa partiya sədrləri ilə də münasibətlərim normaldır. Bu gün onun doğum günüdür. Mən də onu  təbrik edirəm, uğurlar arzulayıram”.






Fikirlər