Azərbaycanda bu partiyalar ləğv olunacaq - SİYAHI
Azərbaycanda aktiv siyasi fəaliyyətdən kənarda qalan, seçkilərə qatılmayan partiyaların qeydiyyatı ləğv olunacaq.
Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.
Deputatın sözlərinə görə, hazırda bununla bağlı qanun layihəsi hazırlanır: “İctimai birliklər və dini qurumlar komitəsində bununla bağlı qanun layihəsi hazırlanır. Çox güman ki, Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq. Dünyanın bir çox ölkəsində seçkidə iştirak etməyən partiyalar, ümumiyyətlə fəaliyyət göstərməyən partiyaların qeydiyyatı ləğv edilir. Avropa İttifaqına, Avropa Şurasına daxil olan ölkələrdə belə hallar var, mövcuddur”.
Nəzərə çatdıraq ki, Azərbaycanda bu günə qədər 55 siyasi partiya Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. 9 milyondan çox vətəndaşı olan ölkədə 55 siyasi partiyanın aktiv siyasi fəaliyyət göstərməsi mümkün olmadığı kimi, bu partiyaların da bəzilərinin yalnız kağız üzərində adı var.
Qeydiyyata alınan partiyalardan yalnız bir qismi prezident, parlament və bələdiyyə seçkilərində iştirak edir, ölkədəki ictimai-siyasi proseslərə qatılır, mətbuat səhifələrində qiyabi də olsa öz varlıqlarını nümayiş etdirə bilirlər.
Bu ilin noyabrında keçirilən parlament seçkilərindən bir neçə partiya qanunverici orqanda təmsil olunmaq haqqı qazanıb. YAP istisna olmaqla digər partiyalar Milli Məclisdə cəmi bir və ya iki deputatla təmsil oluna biliblər:
Yeni Azərbaycan Partiyası – 71 mandat,
Vətəndaş Həmrəyliyi Partiyası - 2 mandat (Fəzail İbrahimli, Rafael Hüseynov),
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - 1 mandat (Qüdrət Həsənquliyev),
Demokratik İslahatlar Partiyası - 1 mandat (Asim Mollazadə),
Böyük Qurtuluş Partiyası - 1 mandat (Fazil Mustafa),
Milli Dirçəliş Hərəkatı Partiyası - 1 mandat (Fərəc Quliyev),
“Ana Vətən” Partiyası - 1 mandat (Fəzail Ağamalı),
Vətəndaş Birliyi Partiyası - 1 mandat (Sabir Hacıyev)
Azərbaycan Sosial Rifah Partiyası - 1 mandat (Xanhüseyn Kazımlı),
Vəhdət Partiyası - 1 mandat (Tahir Kərimli),
Azərbaycan Demokratik Maarifçilik Partiyası - 1 mandat (Elşən Musayev),
Azərbaycan Sosial Demokrat Partiyası - 1 mandat (Araz Əlizadə),
Ədalət Partiyası və Ümid Partiyası isə parlamentdəki yerini itirib.
Radikal müxalifətdə təmsil olunan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi
Partiyasının siyasi fəaliyyəti daha çox mətbuat səhifələrində, sosial şəbəkələrdə hiss olunur.
Siyasi arenada bəzi partiyalarda var ki, onları dəstəkləyən məhdud bir çevrəsi var. Yəni, bir sədri, bir müavini, bir də portfeli olan partiyalar...
Azərbaycan Kommunist Partiyası
Azərbaycan Liberal Partiyası
Azərbaycan Xalq Partiyası
Klassik Xalq Cəbhəsi Partiyası
Vətəndaş və İnkişaf Partiyası
Aydınlar Partiyası
Azərbaycan Demokrat Partiyası
Müasir Müsavat Partiyası
Azərbaycan Milli İstiqlal Partiyası
Azərbaycan Liberal Partiyası
Azadlıq Partiyası
Azad Demokratlar Partiyası
Siyasətdə aktiv iştirak etməyən, yeni qanun layihəsinə əsasən fəaliyyəti dayandırılacaq partiyalar isə bunlardır. Təqdim etdiyimiz partiyaların nə sədrləri bəllidir, nə də siyasi fəaliyyətləri...
Azərbaycan Dünyəvi (Bozqurd) Partiyası
Dirçəliş və Tərəqqi Partiyası
Xalq Demokratik Partiyası
Milli Demokrat İdrak Partiyası
Kəndli Partiyası
Birlik Partiyası
Vahid Azərbaycan Milli Birlik Partiyası
Vahid Azərbaycan Partiyası
Demokratik Azərbaycan Dünyası Partiyası
Müstəqil Azərbaycan Partiyası
Milli Qurtuluş Partiyası
Yurddaş Partiyası
Qorqud Partiyası
Milli Hərəkat Partiyası
Milli Dövlətçilik Partiyası
Vətənpərvərlər Partiyası
Demokratik Sahibkarlar Partiyası
Azərbaycan Naminə Alyans Partiyası
Vahid Kommunist Partiyası
Sosial Ədalət Partiyası
Milli Konqres Partiyası
Milli Vəhdət Partiyası
Respublikaçılar Partiyası
Liberal Demokrat Partiyası
Mübarizlər Partiyası
Azad Respublikaçılar Partiyası
Tərəqqi Partiyası
Böyük Azərbaycan Partiyası
Təkamül Partiyası
Vətəndaş Birliyi Partiyası
Yeni Nəsil Azərbaycan Kommunist Partiyası