Bu gün Türkiyədə parlament seçkisidir...

Bu gün Türkiyədə parlament seçkisidir...Bu gün Türkiyə Cümhuriyyətində parlament seçkisi keçiriləcək.

ANS PRESS-in məlumatına görə, ölkə daxilində 53 milyon 765 min 231 seçici yerli vaxtla saat 08.00-dən 17.00-yə (Bakı vaxtıyla 10.00 – 19.00) məntəqələrdə səs verəcəklər.


Seçkidə 20 siyasi partiya iştirak edəcək: Anadolu Partiyası, Ədalət və İnkişaf Partiyası (AKP), Müstəqil Türkiyə Partiyası (BTP), Cümhuriyyət Xalq Partiyası (CHP), Demokrat Partiya (DP), Demokratik Sol Partiya (DSP), Xalqın Qurtuluş Partiyası, Xalqın Demokratik Partiyası (HDP), Kommunist Partiyası, Milliyətçi Hərəkat Partiyası (MHP), Səadət Partiyası (SP), Vətən Partiyası, Haq və Özgürlüklər Partiyası, Mərkəz Partiyası, Liberal Demokrat Partiya (LDP), Doğru Yol Partiyası (DYP), Yurd Partiyası, Toplumsal Uzlaşma, Reform və İnkişaf Partiyası və Haq və Ədalət Partiyası.

Türkiyə üzrə 165 müstəqil namizəd milət vəkili adı uğrunda yarışacaq.

Səs vermə günü səhər saat 06.00-dan gecə 24.00-ə qədər ölkədə alkoqollu içki satışı olmayacaq, içkili və ümumi yerlərdə alkoqollu içki verilməsi və içilməsi qadağan olacaq, əyləncə mərkəzləri səs vermə bitənə qədər bağlı olacaq, əyləncəli yeməkxanalarda müştəriyə sadəcə yemək satışı olacaq.

Polis və asayişin keşikçilərinin xaricində heç kim silah gəzdirə bilməyəcək. Radio və hər cür KİV-lərdə axşam saat 18.00-ə qədər seçki və seçkinin nəticələrinə dair təxmin və şərh səslənidirilməyəcək. Saat 18.00 və 21.00 arasında sadəcə Ali Seçki Şurası (YSK) seçki barədə xəbər və şərh verə biləcək.

Bütün yerli mətbu orqanlarda saat 21.00-dən sonra yayım yasağı başa çatsa da bu, YSK-nın verəcəyi qərar ilə 21.00-dən əvvəl də mümkün olacaq.






Fikirlər