01.04.2014. - ƏRDOĞAN BƏLƏDİYYƏ "DAVASINI" UDDU

01.04.2014. - ƏRDOĞAN BƏLƏDİYYƏ "DAVASINI" UDDUAylardır dünyanın gündəmindən düşməyən Türkiyədə dünən daha bir önəmli olay yaşandı. Ölkənin şəhər və bölgələrində bələdiyyə seçkiləri keçirildi.
Bələdiyyələr böyük səlahiyyətlərə və siyasi gücə sahib olduğu üçün seçki prosesi və səsvermə günü kifayət qədər gərgin keçdi. Əslində dünya da, elə Türkiyə özü də bu seçkidə «Gəzi parkı», «Böyük rüşvət» əməliyyatı kimi, ötən ildən bəri bir-birinin ardınca yaşanan səs-küylü olaylara cavab axtarırdı. Ya bütün bu qalmaqallardan sonra xalq yenidən hazırda hakimiyyətdə olan partiyaya – AKP-yə etimad göstərməli, ya da siyasi təsiri böyük olan şəhər və bölgələrdə üstünlüyü rəqib qüvvələrə verməli idi.

Dünən bir növ, AKP iqtidarının növbəti seçim mərhələsi üçün taleyi həll olunurdu. Hakim partiyanın hədəfi təkcə seçkini əksər dairələrdə udmaq deyildi. AKP həmçinin Türkiyənin siyasi nəbzinin atdığı Ankara və İstanbul kimi böyük şəhərləri heç bir halda rəqibə təslim etməməli idi.

AKP-nin bu seçkidə əsas rəqibi ana müxalifət olan Cümhuriyyət Xalq Partiyası (CHP), nisbətən də Millətçi Hərəkat Partiyası (MHP) idi. Baş nazir Rəcəb Tayyib Ərdoğan demək olar ki, təşviqat mitinqlərinin hamısında həm son ayların qalmaqallı olaylarından partiyasını «üzüağ» çıxarmağa çalışdı, həm də ilk növbədə CHP-ni, bəzən də MHP-ni hədəfə almaqla əsas rəqiblərini göstərmiş oldu.

01.04.2014. - ƏRDOĞAN BƏLƏDİYYƏ "DAVASINI" UDDU

26 partiya, 52 milyonluq seçici kütləsi

Beləliklə, dünən yerli vaxtla saat 07:00-da Adıyaman, Ağrı, Artvin, Bingöl, Bitlis, Diyarbəkir, Elazığ, Ərzincan, Ərzurum, Qaziantep, Girəsun, Gümüşhane, Hakkari, Qars, Malatya, Qəhrəmanmaraş, Mardin, Muş, Ordu, Rizə, Siirt, Sivas, Trabzon, Tunceli, Şanlıurfa, Van, Bayburt, Batman, Şırnak, Ərdəhan, İğdır və Kilisdəki, saat 8.00-da isə digər dairələrdə səsverməyə start verildi. Məlum oldu ki, yerli bələdiyyə orqanları seçkilərində 26 siyasi partiya iştirak edir. Ölkə üzrə qeydiyyatdan keçmiş seçicilərin sayı 52 milyon 695 min 831 nəfərdir. Onlardan 26 704 757 nəfəri qadın, 25 991 75 nəfəri kişidir. Ölkə üzrə 194 310 seçki qutusu quraşdırılıb. Səsvermənin nəticələri üzrə bələdiyyə başçıları, bələdiyyə şuralarının üzvləri, həmçinin kənd, şəhər rayonları və məhəllələrin muxtarları müəyyən olunmalı idi.

Hökumətdən içki, əyləncə qadağası

Hökumət hələ bir neçə gün əvvəldən elan etmişdi ki, seçki günü yerli vaxtla saat 06:00-dan 24:00-dək mağaza, kafe və restoranlarda spirtli içkilərin satışı və qəbulu qadağandır. Bundan başqa, bütün əyləncə yerləri günün sonuna qədər fəaliyyətini dayandırmalıdır. Təhlükəsizlik qüvvələri əməkdaşlarından başqa heç kəs seçkilər günündə silah gəzdirə bilməzdi.
Yerli mediaya da müəyyən məhdudiyyətlər qoyulmuşdu. Belə ki, dünən saat 18:00-dək KİV-də seçkilərlə bağlı informasiya, xəbərlər və şərhlər yayımlanmamalı idi. Bu saatdan 21:00-dək isə seçkilərlə bağlı yalnız Türkiyə Ali Seçki Şurasının xəbər və bəyanatları yayımlana bilərdi. Saat 21:00-dan sonra KİV-lərə tətbiq edilən məhdudiyyət qüvvədən düşmüş sayılırdı.

Bu dəfə barmaqlar boyanmadı...

Budəfəki seçkilərdə barmaqlara boya vurulması təcrübəsindən istifadə olunmadı.
Səsvermədə iştirak etmək üçün seçki məntəqələrinə gələn vətəndaşlarda şəxsiyyət vəsiqəsi və ya xarici pasport, nikah haqqında şəhadətnamə, hərbi bilet və ya sürücülük vəsiqəsi kimi, sənədlərdən birinin olması kifayət idi.

Ərdoğan: "Son sözü millət deyəcək"


01.04.2014. - ƏRDOĞAN BƏLƏDİYYƏ "DAVASINI" UDDU








Fikirlər