KADIROV PUTİNƏ müraciət etdi: “KÖMƏK EDİN”

Çeçenistan Respublikasının rəhbəri vəzifəsini icra edən Ramzan Kadırov Rusiya prezidenti Vladimir Putindən üç layihənin reallaşdırılması üçün kömək istəyib.

 

Publika.az xəbər verir ki, bu barədə “Kommersant”  qəzeti yazıb.

 

Nəşr bildirir ki, Kadırov Putindən “Çeçennefteximprom” şirkətinin respublikaya verilməsi, Qroznı aeroportunun bərpası və 25 min insanın sürüşmə zonalarından köçürülməsinə kömək göstərilməsini xahiş edib.

 

Kadırov müraciətində bildirib ki, Putinin 2015-ci 10 dekabr tarixində verdiyi tapşırığına baxmayaraq, hökumət “Çeçennefteximprom”un səhmlərinin respublikaya ötürülməsini təmin etməyib. Rusiya Energetika Nazirliyindən də bildirirlər ki, səhmlərin ötürülməsi haqqında məsələ Çeçenistan Respublikası ilə uyğunlaşdırılıb və sənədlər ötən ilin sonunda İqtisadiyyat Nazirliyinə göndərilib.

 

Qeyd edək ki, hazırda Çeçenistanda neft ehtiyatları təxminən 60 milyon ton qiymətləndirilir. Burada neft hasilatı ilə “Qroznefteqaz”ın 51 faizinə sahib olan “Rosneft” məşğul olur.

 

Kadırov həmçinin qeyd edib ki, Qroznı aeroportunun bərpasının ikinci mərhələsi barədə qərar hələ qəbul edilməyib. Vətəndaşların sürüşmə zonalarından köçürülməsinə gəlincə, çeçen siyasətçi bildirib ki, 2015-ci ildə bu məsələnin həlli üçün iki milyard rubl (təxminən 30 milyon dollar) ayrılıb, amma bu vəsaitlə yalnız 3869 insanı köçürmək mümkün olub. Onun sözlərinə görə, sürüşmə prosesləri fəallaşıb və əgər təcili ölçülər qəbul edilməsə, bu itkilərə səbəb ola bilər.

 






Fikirlər