QORBAÇOV: “Putinin yerində olsaydım...”

Mən həmişə xalqın iradəsinə hörmət etmişəm.

 Axar.az xəbər verir ki, bu sözləri SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov İngiltərənin “Sandey Tayms” qəzetinə müsahibəsində deyib.

 O, Rusiyanın Krımı ilhaq etməsini dəstəkləyib:

 “Mən həmişə xalqın iradəsinə hörmət etmişəm. Krımdakıların böyük əksəriyyəti Rusiyaya birləşməyi istəyirdi. Əgər mən də Vladimir Putinin yerində olsaydım, oxşar addımı atardım”. 

 Qorbaçov SSRİ-də islahatlar keçirmək istədiyini, lakin heç vaxt onun dağılmasından yana olmadığını bildirib.

 Qeyd edək ki, Krım 2014-cü ilin martında Rusiyaya ilhaq olunub.






Fikirlər