01.05.2014. - Putin Qırmızı meydanda 1 MAY nümayişini bərpa etdi, SSRİ dirilir...

01.05.2014. -  Putin Qırmızı meydanda 1 MAY nümayişini bərpa etdi, SSRİ dirilir...Bu gün - mayın 1-də Moskvada, Kremlin qarşısındakı Qırmızı meydanda SSRİ-nin dağılmasından bu yana ilk dəfə zəhmətkeşlərin 1 may nümayişi olacaq.

"AzerTaym.az" saytı virtualaz.org-a istinadən xəbər verir ki, Moskva meriyası Rusiyada güclü patriotizm hisslərinin baş qaldırdığı və bütün keçmiş sovet respublikaları boyu SSRİ nostalgiyasının artdığı bir vaxtda bu qərarı “həmkarlar təşkilatlarının müraciəti əsasında” qəbul etdiyini bildirib.

Lakin aydındır ki, qərar bilavasitə Kremldə, prezident Vladimir Putin səviyyəsində qəbul olunub.

01.05.2014. -  Putin Qırmızı meydanda 1 MAY nümayişini bərpa etdi, SSRİ dirilir...

Xəbərlərdə bildirilir ki, Qırmızı meydanda zəhmətkeşlərin 1 may nümayişi eynilə SSRİ dövründəki kimi olacaq. Yeganə fərq ondadır ki, zəhmətkeşlər meydanın tribunasında Siyasi Büro üzvlərini görə bilməyəcəklər. Çünki meydanın tribunası təmirə bağlıdır.

Moskva Həmkarlar İttifaqları Federasiyası sədrinin müavini Aleksandr Mazunov birbaşa deyib ki, hər şey nostalji, klassik sxem üzrə olacaq. Zəhmətkeşlərin kolonları Vasilyevsk enişindən hərəkətə başlayacaqlar. Mavzoleyin qarşısında qurulacaq tribundan onları həmkarların rəhbərləri və fəxri qonaqlar salamlayacaqlar. Fəxri qonaqlar qismində meydana çox adam, o cümlədən prezident Putin və Moskva meri Sergey Sobyanin dəvət olunublar.

Zəhmətkeşlər əllərində şübhəsiz ki, “Yaşasın Lenin!”, “Yaşasın Brejnev!” kimi şüarlar tutmayacaqlar. Ancaq nümayişdə qaldırılacaq şüarların bəziləri məlumdur: “Layiqli əmək - ədalətli maaş!”, “Rusiyada qazanmısan - Rusiyaya yatır!”, “Hakimiyyət! Xalqı juliklərdən qoru!”, “Pul vermirlər - işləmə!”...

Rusiya Kommunist Partiyasından deputat Vladimir Rodin deyib ki, hakimiyyətin Qırmızı meydanda 1 may nümayişinə icazə verməsi kifayət qədər qeyri-adi haldır. Çünki əvvəllər kommunistlərə Moskvanın mərkəzində 1 may yürüşü keçirməyə icazə vermirdilər. Bu gün kommunistlər özləri Moskvanın Oktyabrsk meydanında özlərinin ayrıca 1 may yürüşü təşkil edəcəklər.

01.05.2014. -  Putin Qırmızı meydanda 1 MAY nümayişini bərpa etdi, SSRİ dirilir...

Xatırladaq ki, Kremlin qarşısında 1 may nümayişinin təşkili Rusiya tərəfindən sovet atributlarının bərpası istiqamətində atılan növbəti addımdır. Gözlənilir ki, Putin sovet dövrünün baş əmək mükafatı - Əmək Qəhrəmanı mükafatı ilə təltif etməyə dair ikinci fərman imzalayacaq. Bundan əvvəl Moskva hakimiyyəti Ümumrusiya Sərgi Mərkəzinə keçmiş adını - VDNX-nı qaytarmaq barədə qərar verib.

Həmçinin Krımın Rusiyaya birləşdirilməsinin ardınca Dövlət Dumasının deputatları Mixail Qorbaçovdan prokurorluğa şikayət edərək SSRİ-ni dağıtdığı üçün onu cəzalandırmağı tələb edib.






Fikirlər