DUMADA LAYİHƏ: “Qorbaçov CANİ ELAN olunsun!”

Rusiya Dövlət Dumasına “SSRİ prezidenti Mixail Qorbaçovun və Rusiya Federasiyasının ilk prezidenti Boris Yelçinin siyasi fəaliyyətlərinin cinayət əməli kimi tanınması” barədə qanun layihəsi təqdim olunub.

 

Axar.az xəbər verir ki, Qorbaçov və Yelçinin idarəçiliyinə dövlət səviyyəsində qiymət verilməsi və onları cinayətkar və destruktiv kimi tanımağa yönələn layihə Rusiya Liberal Demokrat Partiyası (RLDP) fraksiyası tərəfindən irəli sürülüb.

 

“SSRİ-nin dağılması, millətlərarası nifaq, çoxsaylı hərbi münaqişələr, xəstəliklərin, ölümün, spirtli içki və narkotik aludəçilərinin artması, ötən əsrin 90-cı illərində milyonlarla vətəndaşın həyat şəraitinin faciəvi şəkildə pisləşməsi təsadüfən baş verməyib”, - fraksiyanın bəyanatında bildirilib.

 

Layihədə bildirilib ki, yenidənqurmanın neqativ siyasəti və Yelçin islahatları Rusiyanın daxilində, eləcə də beynəlxalq arenadakı vəziyyətini pisləşdirdi.

 

Qeyd edək ki, RLDP sədri Vladimir Jirinovski Qorbaçovu millətlərarası münaqişələrdə, o cümlədən Qarabağ münaqişəsində günahlandırır.

AzerTaym.az






Fikirlər