Erməni milyarder Ermənistana “atdı” – FOTOLAR

rr 

Erməni tarixinin ən varlı adamlarından biri sayılan amerikalı milyarder  Qalust Gülbenkyan 1935-ci ildə SSRİ-yə səfəri zamanı Ermənistana saxta muzey əşyaları bağışlamaqla yadda qalıb. Cumhuriyyet.az anspress-ə istinadən xəbər verir ki, bu barədə erməni jurnalist Ovik Çarxçyanın bu günlərdə qələmə aldığı məqalədə bəhs edilir.

Məqalədə qeyd edilir ki, 1935-ci ildə İran şairi Firdovsinin anadan olmasının 1000 illiyi münasibəti ilə  SSRİ-yə səfər etmiş Qalust Gülbenkyan o vaxt SSRİ-nin ticarət naziri olmuş Antanas Mikoyanın sayəsində Ermitajın 51 eksponatını su qiymətinə  əldə etmişdi. Əvəzində isə həmin illərdə dünyanın ən varlı adamlarından sayılan Qalust Gülbenkyan cəmi 278 min 900 funt pul ödəmişdi.  Sonradan həmin eksponatlar dünyanın tanınmış muzeylərinə çox bahalı qiymətlərə satılmışdı.


Qalust  Gülbenkyan soydaşı Antanas Mikoyana və digər ermənilərə göstərdikləri bu “xidmət” müqabilində təşükkür edəcəyinə və onlara Ermənistan tarixi üçün çox vacib bir hədiyyə göndərəcəyini bildirib.

O həm də Ermənistanda tarix muzeyinin tikintisi üçün vəsait ayıracağını və öz şəxsi kolleksiüasını ora yerləşdirəcəyini bildirib.

Aradan bir az keçəndən sonra İrəvana doğrudan da Qalust Gülbenkyan tərəfindən göndərilmiş bağlama gəlib. Bağlamanı müşayiət edən məktubda bildirilib ki, bu, erməni çarı VI Levón Luzinyana məxsus qılıncdır. Erməni tarixçilər çox sevinirlər, amma ekspertiza qılıncın 14-cü yüzillikdə yaşamış səlib yürüşçüsü  VI Levon de Luzinyana aid olmadığını,  1890-cı illərdə İstanbulda bir erməni dəmirçi tərəfindən düzəldilərək bir nəfər ingilis kolleksiyaçıya satıldığını ortaya çıxarır. İngilis kolelksiyaçı Britaniyaya qayıtdıqdan sonra aldadıldığını başa düşür.


Məsələ bundadır ki, VI Levon de Luzinyan erməni olmayıb və 1393-cü ildə Parisdə dünyasını dəyişib. O sadəcə, gənclik illərini səlib yürüşünə gəldiyi Yaxın Şərqdə keçirib. Ermənilər isə Luzinyan ailəsinin soyadının erməni soyadlarına bənzədiyinə görə onların Fələstində və Tarsusda qurduğu dövləti Kilikiya erməni dövləti kimi təqdim etməyə başlayıblar.  İstanbullu erməni usta hətta qılıncın üzərinə ermənicə yazı da yerləşdirməyi unutmayıbmış.

İngilis kolelksiyaçı o vaxt qılıncadan qurtulmaq üçün onu pulsuz-parasız hansısa erməni fonduna verir və ordan isə təbii ki, Qalust Gülbenkyanın əlinə keçir. Erməni milyarder isə təbii ki, saxta “tarixi əsəri” ona Ermitajın dəyərli nümunələrini demək olar ki, müftə ələ keçirməyə imkan yaradan soydaşlarına bu cür təşükkür edib. Ermənilərə vəd etdiyi pulu və tarixi əsərləri isə gönldərməyib.

Əslində, bu cür davranış Qalust Gülbenkyanın bütün həyatına xasdır. O, ilkin kapital kimi atasından aldığı 30 min funt strerlinqi milyardlarla dollara məhz bu cür addımlarla çevirib. Qalust Gülbenkyan hələ 1890-cı illərdə Osmanlı imperiyasının Britaniya səfirliyində iqtisadiyyat üzrə müşavir olub. Həmin vəzifədə o, Osmanlı torpaqlarında – Ərəbistan yarımadasında iri neft yataqları olması barədə məlumatları İstanbuldan gizlətməyə imkan verib.  Kəşfiyyatı aparan “Royal Dutch Shell Group” şirkəti bunun müqabilində  Qalust Gülbenkyana Yaxın Şərq yataqlarının səhmlərinin 2,5%-ni hədiyyə edib. Beləliklə,  ona təhsil və səlahiyyət vermiş Osmanlı dövlətinə xəyanəti Qalust Gülbenkyana milyardlar qazanmağa imkan yaradıb.

Ola bilər ki, Qalust Gülbenkyanın göndərdiyi saxta qılınc ermənilər üçün quraşdırılan saxta tarixin bir parçası olub. O vaxtlar ermənilər bu cür saxta tarixi “subutlar” çox düzəldirdilər. Məsələn, belə tarixi “dəlillər”dən biri İrəvanın tarixini 4-5 min əvvələ aparan ermənicə yazılmış saxsı parçası olub.  Sovet illərində İrəvanda qazıntı zamanı aşkarlanmış həmin lövhə erməniləri dünyanın ən qədim yazı xalqına çevirə bilərdi və sensasiya doğurmuşdu. 1970-ci illərdə Fransaya ekspertizaya göndərilmiş lövhənin 1870-ci illərdə bişirildiyi ortaya çıxdı. Yəni onu bişirib yerə basdırıblarmış ki, 100 il sonra çıxarısınlar.

Onda erməni yalanı üzə çıxdı və ermənilər indi yalnız İrəvanın əsasının Urartu çarı Argişti tərəfindən eradan əvvəl 782-ci ildə əsasının qoyulduğunu iddia edə bilirlər. Bu zaman əsas kimi Argiştinin Van gölü ətrafında tapılmış lövhələrindən biri götürülür və lövhədə onun “RBN” şəhərinin əsasının qoyduğu bildirilir. Ermənilər isə bunun məhz İrəvan olduğunu bildirirlər. Bu zaman Argiştinin Göyçə gölü və İrəvan çuxuru barədə dedikləri barədə isə susurlar. Argişti həmin lövhələrdə bildirir ki, o, Arazı keçəndə yalnız köçərilərlə, yəni azarbaycanlıların əcdadları ilə rastlaşıb. Göründüyü ki, ermənilərin Azərbaycan tarixini oğurlamaq siyasəti hələ 140 il əvvəl başalyıbmış və Qalust Gülbenkyan da bu siyasətin icraçılarından biri olub.






Fikirlər