İrəvanda Camal Paşa çaxnaşması

İrəvanda Camal Paşa çaxnaşmasıHrant Dink” fondu Azərbaycan torpaqlarının işğalını etiraf edib

Osmanlı imperiyasının məşhur generalı, Bakının xilaskarı Əhməd Camal Paşanın nəvəsi Hasan Camalın “1915-ci il. erməni soyqırımı” kitabının İrəvanda təqdimatı zamanı çaxnaşma düşüb.

ANS-in məlumatına görə, kitabın tərcüməçisi Ruben Melkonyan bəyan edib ki, kitabı çap etdirmiş “Hrant Dink” fondu onun tərcüməsini dəyişdirərək türkyönümlü edib. Melkonyan şikayət edib ki, fond onun tərcüməyə etdiyi şərhləri çıxarıb. Şərhlər Ermənistanın 1992-1993-cü illərdə Dağlıq Qarabağı və Azərbaycan torpaqlarının 20%-ni işğal etməsi ilə bağlı olub.

“Kitabın naşiri – “Hrant Dink” fondu tərcümənin mətnini özbaşına dəyişib və mənim şərhlərimi kitabdan çıxarıb”, - deyə Ruben Melkonyan vurğulayıb. 1922-ci ildə Tiflisdə erməni terrorçular Petros Ter-Poqosyan və Artaşes Gevorqyan tərəfindən öldürülmüş Camal Paşanın nəvəsi, içki dşkünü, "Hurriyyet" , "Sabah" və "Milliyet" qəzetlərində işləmiş Hasan Camal indi ermənipərəst mövqedən çıxış edir. O, hətta erməni soqırımının olduğunu iddia edən kitab da yazıb. Amma bu, erməniləri qane etməyib. Göründyü kimi, ermənilər Hasan Camaldan “it sədaqətini” daha da artırmağı tələb edirlər.

Qeyd edək ki, eyni hadisə “Musa dağın qırx günü” romanının müəllifi, Avstriya yəhudisi Frans Verfelin də başına gəlib. Kitabda 1915-ci ildə Osmanlı hakimiyyətinə qarşı üsyan qaldırmış silahlı erməni dəstəsindən bəhs edilir. 1934-cü ildə çap edilmiş kitabın ilkin variantında silahlı üsyandan bəhs edilirdi. Amma 1947-ci ildən sonra yəhudi soyqırımının tanınması erməniləri də 1915-ci il hadisələrini soyqırım kimi təqdim etməyə həvəsləndirib. Kitabı dünya dillərinə çevirməyə başlayan erməni lobbisi kitabın ilkin variantını tam dəyişdirdirib və əsərə soyqırım görüntüsü verilib. Kitabı almancadan ingilis dilinə çevirən tərcüməçi sifarişçi “Armenia” fondunun ilkin variantı 100 dəfə dəyişdirdiyin etiraf edib. Hazırda “Musa dağın qırx günü” romanının almanca ilkin variantı heç yerdə yoxdur. Çünki “Armenia” fondu həmin kitabların hamısını məhv edib.






Fikirlər