12.05.2014. - H.ƏLİYEV Fondu "Qabusnamə"ni iki dildə nəşr etdirib
Trend.az xəbər verir ki, kitabın bu nəşri Heydər Əliyev Fondunun 10 illik yubileyinə həsr olunub.
Qeyd edək ki, "Qabusnamə" tərbiyəyə və etikaya aid mühüm məsələləri özündə ehtiva edən etik-didaktik əsərdir. Bu əsəri 1082-1083-cü illərdə Azərbaycanın cənubunda, indiki İranın şimalında yerləşən Gilan dövlətinin padşahı Ünsürülməali Keykavus oğlu Gilanşaha müraciətlə yazıb. Nəsihət janrında yazılmış əsər üslubu sadə olmaqla yanaşı, canlı və əyləncəli ifadə edilmiş hekayələrdən, müdrik müəllif kəlamlarından ibarətdir.
"Qabusnamə" orta əsrlərdə hökmdarların, din xadimləri, elm adamları və müəllimlərin masaüstü kitabı olub. Bu əsər mənəviyyat qaynağı olaraq əsrlər boyu gənc nəslin tərbiyəsində mühüm rol oynayıb.