04.04.2014. - Rus mətbuatı nəvə Heydər Əliyevdən yazdı
AzerTatm.az saytı məlumat verir ki, Virtualaz.org-un Rusiyanın “Komsomolskaya pravda” qəzetinə istinadən dərc etdrdiyi məqalədə bu barədə deyilir.Belə ki.müəllif verlişində Roza Sabitova “Gəl evlənək” proqramı vasitəsilə qızı üçün adaxlı axtardığı qeyd olunur. Bu məlumatı da verilişdə elə o özü verib.
“Ksyuşanı proqrama dəvət etmək mənim təşəbbüsümlə olub. Mənim qızım ağıllı və gözəl qızdır. O, mənim sərvətimdir, xəzinəmdir. Cəmi 22 yaşı var. Necə deyərlər, istədiyi kimi hərəkət edə bilər. Ksyuşanı bəyənən gənc oğlanların olması normal haldır. Ksyuşa sosial şəbəkələrdə də çox fəaldır. Bu günlərdə mənə belə məlumat verdilər ki, Azərbaycan prezidentinin oğlu da ona diqqət yetirib. Mənə belə dedilər ki, Azərbaycan prezidentinin oğlu Ksyuşaya diqqət yetirib, qız onun xoşuna gəlib və gənc tələbə oğlan onunla tanış olmaq istəyir. Əminəm ki, bu, hələ son deyil. Başqa prezidentlərin oğlanları da onun kimi hərəkət edəcəklər”.
Qeyd edək ki, prezident İlham Əliyevin 17 yaşlı oğlu Heydər Əliyev tələbədir. O, Azərbaycanda təhsil alır