Fransa "GOOGLE"a meydan oxuyur

Fransa

Məşhur şirkət vergidən yayınmaqda ittiham olunur.
Fransa hökuməti "Google" şirkətinə qarşı irəli sürülən ittihamları ləğv etmək niyyətində deyil. Fransanın maliyyə naziri Mişel Sapen bu barədə açıqlama verib. ANS PRESS-in məlumatına görə, Amerikanın texnologiya nəhəngi Fransada fəaliyyətinə görə lazımi məbləğdə vergi verməməkdə ittiham olunur. Maliyyə naziri Mişel Sapen qeyd edib ki, o, qanunların tələbi ilə hərəkət edəcək və "Google" şirkətini maksimum həddə cərimə edəcək.
“Problem həll edilənə qədər davam edəcəyik. Ortaya başqa iddialar də çıxa bilər”, - nazir belə deyib.Fransa hökuməti "Google" şirkətindən əməkdaşlığa görə 1.6 milyard avro tələb edir. Şirkət isə, Fransaya 2014-cü ildə cəmi 5 milyon avro ödəniş edib. 2014-cü ildə "Google"un Fransada gəliri isə vergidən 45 dəfə çox - 225.4 milyon olub.
"Google" şirkətinin Fransadakı təmsilçiləri İrlandiyadakı baş qərargahından istifadə etməklə vergidən yayınmağa çalışıb. Təqsiri sübuta yetiriləcəyi təqdirdə, "Google" əlavə olaraq 10 milyon dollar cərimə ödəməli olacaq.
Dünyanın nəhəng texnologiya şirkəti "Google" 7 milyard dollar həcmində cərimə oluna bilər. ANS PRESS-in "Reuters"-ə istinadən verdiyi məlumata görə, Avropa Antiinhisar xidmətinin rəhbəri Marqrete Vestaqerin "Google"-un smartfon istehsalçıları və rabitə operatorları ilə əldə etdiyi razılaşmalarının araşdırıldığı haqda bəyanat verib. Araşdırmalara səbəb "Google"-un Android əməliyyat sisteminin (ƏS) təbliğatı və inkişafı istiqamətində imkanlarından sui-istifadə etməsi olub.






Fikirlər