“Google” internet jurnalistikasına pul ayırdı – 150 milyon

 



“Google” şirkəti “DNI” layihəsini yeni səviyyəyə çıxararaq internet jurnalistikasının inkişafı üçün innovativ ideyaların hazırlanması ilə məşğul olan Avropa şirkətlərinə 150 milyon avro investisiya qoyacaq.
 "AzerTaym.az" AzNews.az-a istinadən xəbər verir ki, şirkət ümumi investisiya məbləğini bu şəkildə bölüşdürməyi planlaşdırır: 
50 min avro sınaqdan keçirilməyən və ilkin işlənmə mərhələsində olan yeni layihələrə, 300 min avro orta səviyyəli layihələrə ayrılacaq, lakin “Google” onların həyata keçirilməsi üçün xərclərin yalnız 70 faizini ödəyəcək. 
Ən böyük məbləğ - 1 milyon avro ən böyük layihələrin inkişafı üçün nəzərdə tutulub. Qrant üçün müraciətlərin qəbuluna oktyabrın 23-dən başlanılacaq və dekabrın 4-dək davam edəcək. Seçimin ilkin mərhələsindən keçən layihələrin adlarının 2016-cı ilin əvvəlində açıqlanması gözlənilir. “Google” şirkətinin məqsədi xəbərlərdən istifadəni daha rahat və operativ etmək olan “DNI” (Digital News Initiative) layihəsi Avropanın çoxlu kütləvi informasiya vasitələrini bir arada birləşdirir Vəsaitlərin perspektivli gənc şirkətlərin ideyalarının həyata keçirilməsi üçün ayrılması nəzərdə tutulur.






Fikirlər