Türkiyədə baş vermiş kütləvi davada 14 nəfər xəsarət alıb - FOTOLAR

Türkiyədə baş vermiş kütləvi davada 14 nəfər xəsarət alıb - FOTOLAR

Türkiyənin Bodrum şəhərində kütləvi dava baş verib. 
"Report" bu ölkənin mətbuatına istinadən xəbər verir ki, alış-veriş etmək istəyən iki turisti müştəri kimi cəlb etmək istəyən iki geyim mağazasının işçiləri arasında yaranmış mübahisə qarşıdurma ilə nəticələnib.
Satıcıların dostlarının və yaxınlarının qarşıdurmaya cəlb olunması kütləvi davanın meydana gəlməsinə səbəb olub. Kütləvi davada 50-yə yaxın adam iştirak edib. Hadisəyə polisin müdaxiləsindən sonra tərəfləri sakitləşdirmək mümkün olub.
Qarşıdurma zamanı 14 nəfər xəsarət alıb. Polis 25 nəfəri saxlayıb. 










Fikirlər