10:48 GMT
YouGov analitika mərkəzi səsləri seçicilərin yaşına görə hesablayıb:
18-24: 75% Qalmaq
25-49: 56% Qalmaq
50-64: 44% Qalmaq
65+: 39% Qalmaq
10:26 GMT
Cameron Baş nazir qalacaqmı?

Mühafizəkarlar partiyasından Birləşmiş Krallığın Aİ-dən çıxması üçün kampaniya aparan 84 millət vəkili David Cameron-a məktub yazaraq onu Baş nazir vəzifəsində qalmağa çağırıb.
Cənab Cameron Krallığın Aİ-də qalması üçün kampaniya aparırdı və onun bu vəzifədə qalıb-qalmayacağı barədə suallar yaranıb.
09:55 GMT

Aİ referendumunun ehtimal olunan nəticələrinə görə funtun məzənnəsi kəskin şəkildə enib.
Səhər saatlarında funtun məzənnəsi $1.3305-dək düşüb, bu isə 1985-ci ildən bəri ən açağı göstəricidir.
Nəticələr daxil olmazdan əvvəl funtun məzənnəsi $1.50 idi.
09:51 GMT
İndiyə olan nəticələr:
İngiltərə: Çıxmaq
Şimali İrlandiya: Qalmaq
Şotlandiya: Qalmaq
Uels: Çıxmaq
09:24 GMT
Leyboristlər partiyasının sabiq Avropa Naziri Keith Vaz BBC-ə deyib ki, Britaniya xalqı "emosiyaları" ilə səs verib və Aİ-dən çıxmağın iqtisadi təsirindən ehtiyat edən ekspertlərin məsləhətlərinə qulaq asmayıb.
09:21 GMT
Birləşmiş Krallıq Müstəqillik Partiyasının (UKIP) lideri, artıq 20 ildir bu ölkənin Avropa İttifaqından çıxması üçün kampaniya aparıb. Onun fikrincə bu, "sadə adamların, yaxşı adamların qələbəsidir".
O deyir ki, 23 iyun "tarixə bizim müstəqillik günümüz kimi düşəcək".
09:11 GMT
"Çıxmaq" kampaniyasının rəsmən qalib gəlməsi üçün təxminən 700 000 səs lazımdır.