“Avropa Birliyi TƏHLÜKƏSİZLİK xidmətlərinin işinə mane olur” – Keçmiş MKİ rəhbəri

image

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Maykl Heyden bilirib ki, Böyük Britaniyanın Avropa Birliyinin (AB) tərkibində qalmasının məqsədəuyğun olub-olmaması barəsində gedən debatlar fonunda, Avropa Birliyi müəyyən mənada xüsusi xidmət orqanlarının işləməsinə mane olur.

İstefadakı general Maykl Heyden BBC radiosuna verdiyi müsahibədə söyləyib ki, AB milli təhlükəsizlik üçün təbii bir faktor deyil. B.Britaniya daxili işlər naziri Tereza Mey isə ölkənin təhlükəsizliyi üçün AB tərkibində qalmasının “əsaslı səbəbləri” olmasını vurğulayır.

Böyük Britaniyanın Avropa Birliyinin tərkibində qalması barəsində keçiriləcək referendum 23 iyun tarixinə təyin edilib.
Hazırda məhz təhlükəsizlik məsələsi B.Britaniyanın Avropa Birliyində qalmasının tərəfdarlarının əsas müzakirə mənbəyidir və onlar belə hesab edirlər ki, bu ölkənin AB tərkibində qalması onun təhlükəsizliyi üçün əlverişlidir. Əleyhdarlar isə bu arqumetin tam əksini iddia edirlər.

31 nəfərin həyatına son qoyan Brüsseldəki terror aktından sonra, ifrat sağ partiya olan Birləşmiş Krallığın Müstəqilliyi Partiyasının (UKİP) sədri Naycel Faraj bildirib ki, AB–nin sərhəd nəzarəti siyasəti – terrorçuların, kriminal qrupların və Kalaşnikov avtomatlarının sərbəst hərəkətinə imkan yaradıb.

Mİ-6 kəşfiyyat orqanın keçmiş rəhbəri Riçard Diarlav hesab edir ki, Avropa Birliyinin təhlükəsizlik orqanlarının təsir imkanları cüzidir. Ona görə də, B.Britaniyanın AB tərkibindən çıxması, ölkənin təhlükəsizliyi üçün müsbət addım olacaq.

Lakin Avropolun (Avropa polisi) rəhbəri Rob Ueynrayt hesab edir ki, bu arqumentlər əsassızdır, cünki kəşfiyyat orqanları arasındakı məlumat mübadiləsi təhlükəsizlik baxımından həyatı vacib məsələlərdir.

- Müxtəlif standartlar

BBC radiosu ilə çıxış edən Maykl Heyden bildirib ki, təhlükəsizlik xidmətinin standartları bütün Avropa üzrə eyni səviyyədə deyil. Onun sözlərinə görə, Fransa ilə Britaniyanın çox yaxşı təhlükəsizlik xidmətləri var, amma digər tərəfdən isə Skandinaviya ölkələrinin bu orqanları yaxşı olsa da, onlardakı personalın sayı xeyli azdır.

Digər Avropa ölkələri azsaylı təhlükəsizlik xidmətinə, zəif resurslara və məhdud hüquqi səlahiyyətlərə malikdirlər. Məsələn, Belçika kimi. Bu orqanlar direktiv olaraq birbaşa hökumətdən asılıdırlar. Həmin hökumətlərin isə dövlət idarə etməsi ilə əlaqədar öz problemləri var.

M.Heyden Mİ-6–nın keçmiş rəhbərinin – B.Britaniyanın Avropa Birliyindən çıxması, ölkənin təhlükəsizliyi üçün müsbət təsir göstərəcək – fikri ilə razılaşdığını söyləyir: ”Mən Avropa Birliyi əleyhinə çıxış etmək istəmirəm, amma bu birlik, onun tərkibinə daxil olan heç bir ölkə üçün milli təhlükəsizlik faktoru deyil. Ona görə də, müəyyən mənada bu birlik dövlətlərə öz vətəndaşlarının təhlükəsizliyini təmin etməyə imkan vermir”.

MKİ keçmiş rəhbəri Böyük Britaniyanın AB-dən çıxmasından sonra, Avropa ölkələrinin milli təhlükəsizlik orqanlarının ABŞ ilə əməkdaşlığına təsir göstərə biləcəyi ehtimalını rədd edərək söyləyib ki, Avropadakı ölkələrin təhlükəsizlik xidmətləri bir-birlərindən daha çox bizimlə əməkdaşlıq etmək əhval-ruhiyyəsindədirlər.
Maykl Heyden deyib: ”Bizim böyük təhlükəsizlik xidmətimiz var və hər bir ölkə öz milli maraqları naminə bizimlə məhsuldar münasibət qurmaq istəyir, səmimi söyləsəm, Avropa qitəsindəki heç bir ölkə bizimlə qurduğu münasibəti bir-biriylə yaratmayıblar”.

“Brüsseldə faciə yaşandığı bir vaxtda ABŞ prezidenti Barak Obamanın Kubadakı beysbol yarışını seyr eməsi nə dərəcədə düzdür” sualına, MKİ-nin keçmiş rəhbəri belə cavab verib ki, prezident terror aktı nəticəsində amerikalıların təlaşa düşməsinin, terrorçular tərəfindən təntənə kimi qəbul olunmasını istəməyib.AzPolitika.info






Fikirlər