"Parisdə olanlar Londonda təkrarlana bilər" - Kemeron
Növbəti 5 il ərzində Britaniyanın milli təhlükəsizlikdən ötrü 2,8 milyard avro xərclənəcəyi gözlənilir. Birləşmiş Krallığın baş naziri Devid Kemeron terror əleyhinə mübarizəyə, milli təhlükəsizliyin təmin olunmasına milyardlarla vəsait yatırmağa çağırıb. (Azərtaym.az)
Devid Kemeron bildirib ki, milli təhlükəsizliyin yüksək təminatı üçün daha çox vəsait lazımdır. Növbəti 5 il ərzində Britaniyanın milli təhlükəsizlikdən ötrü 2,8 milyard avro xərclənəcəyi gözlənilir.
Baş nazir Fransadakı terror aktını II Dünya Müharibə zamanı britaniyalıların Hitlerə qarşı mübarizisilə müqayisə edərək, vaxtilə terrorla savaşdıqlarını xatırladıb.
Britaniya təhlükəsizlik orqanlarının 6 ay ərzində 7 dəfə planlanmış terror aktının qarşısını alıdığına toxunan Kemeron qeyd edib ki, Paris şəhərində olanlar Londonda da təkrarlana bilər.