AVROPA ZƏRBƏ ALTINDA! – “AVROPA uğrunda HEÇ KİM ölmək istəmir…”

_86830668_030263254-1

Avropada törədilən terror aktları bir-birinə o dərəcədə bənzəyir ki, bu, ümidsizlik hissi yaradır – terrorçular bütün gücləri ilə Avropaya zərbə vura bilirlər, Avropa isə zəif reaksiya göstərir.

Öz hərəkətlərinin motivlərinə bəraət qazandıran cihadçıların bəyanatlarından aydın olur ki, onların həyat tərzində dini dözümlülüyə qarşı kəskin nifrət var.

Avropa ideyasını, həyat tərzini qəbul edən və onu paylaşan istənilən adam – hətta, o, müsəlmandırsa da, onda terrorçuların potensial hədəfinə çevriləcək. Elə burdan nəticə çıxarmaq olar ki, terrorçular Parisin Bataklan teatrında 1500 nəfərin içərisində heç kimi milli və dini mənsubiyyətinə görə fərqləndirmədən güllələyirdilər.

Keçən ilin noyabrında Avropada terror aktları olmuşdu, lakin buna qarşı ümumi Avropa reaksiyası gəlmədi. Avropa Birliyinin funksiyası ilə bağlı müqavilənin 222-ci bəndinə əsasən, terrorçulara qarşı AB tərəfindən kollektiv və razılaşdırılmış cavab əvəzinə, fransızlar hökumətlərarası səviyyədə və 42–ci bəndə üstünlük verərək, Avropa Birliyi orqanları çərçivəsindən kənarda, təklikdə hərəkət etdilər.

Hüquqi formullara və prosedurlara görə, təcili surətdə Suriyadakı İŞİD mövqelərinin bombalanması, Ollandın qərarındakı kimi, fransız hökumətinin anti-terror cəbhəsində sərbəst şəkildə hərəkət ediləcəyi arzusundan irəli gəlirdi.
Qaçqınlarla və Suriya ilə bağlı siyasətdə olduğu kimi, Avropa Birliyi yalnız ümumi təhlükəsizliklə əlaqədar olan məsələlərlə məşğul olmağı üstün tutub. Amma Parisdə baş verən terror aktının Belçikaya uzanan izləri, Avropa Birliyinin milli suverenliyə yanaşma tərzinin səhv olduğunu göstərirdi.

İndi biz, xatırlatmalıyıq ki, cihadçılar bu dəfə Avropa Birliyinin paytaxtı Brüsseldə terror törədiblər. Lakin bir çoxları yenə də belə hesab edəcəklər ki, terror zərbəsi bir ölkəyə – Belçikaya vurulub. Avropa hədsiz abstrakt bir anlayışdır və onun uğrunda heç kim ölmək istəmir. Ancaq avropalıları öldürmək arzusunda olanlar var. Ona görə də, biz, özünəməxsusluğumuzu və ümumi Avropa layihəmizi qorumaq naminə birləşməliyik.






Fikirlər