Belçikanın «KÖPÜ ALINDIMI»? - Bu tezliklə…
Dünya KİV-nin məlumatına görə, Brüsseldə baş verən 3-cü terror aktından dərhal sonra, Belçikanın böhran mərkəzi paytaxt əhalisinə müraciət edərək, onları evlərdən (mənzillərdən) çıxmamağa çağırıb («RİA novosti»). Xəbər verilir ki, Belçika paytaxtında ictimai nəqliyyatın işi tamamilə iflic olub, metropoliten və dəmiryol stansiyaları bağlanıb. «Brüsseldə bütün ictimai nəqliyyat işləmir. Metropoliten və dəmiryol stansiyaları bağlanıb. Haradasınızsa, öz yerlərinizdə qalın» – deyə, böhran mərkəzinin Tvitter-də yer almış xəbərində deyilir. Bildirilir ki, çərşənbə axşamı saat 08:00 radələrində Brüsselin hava limanında iki partlayış baş verib. Müxtəlif məlumatlara görə, partlayış nəticəsində 13 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Elə həmin gün daha iki partlayış da Brüsselin «Avropa» kvartalındakı «Malbek» və «Şuman» metro stansiyalarında baş verib. Bundan bir neçə gün əvvəl Türkiyənin baş naziri Ə.Davudoğlunun Brüsselə səfəri zamanı AB nümayəndələri ilə miqrant problemi barədə danışıqlar apardığı anlarda Avropa Birliyinin elə həmin binasının arxasında PKK terror təşkilatının təmsilçiləri çadır qurub, «pəstah» çıxarmışdılar. Belçika hökuməti heç fərqinə varmadan Avropada, ABŞ-da, Türkiyədə terror təşkilatı kimi tanınan PKK təmsilçilərinə nəinki küçələrə çıxmağa, hətta küçədə çadır qurmağa icazə vermişdi. İndi isə Brüsseldəki silsilə terror aktlarının «İslam dövləti» tərəfindən törədildiyi bildirilir. İbrətamizdir – Belçikanın mutant-hibrid siyasətçilərinin davranışından belə anlaşılır ki, terrorçunun pisi və yaxşısı olurmuş. Belə ki, PKK terroru Türkiyədə, İD isə Belçikada (Avropada) törədir. Bu da Avropa mentalitetinin bir nümunəsi. Nə yazıq ki, terrorun özünün pisi-yaxşısı olmaz! Gözləyək, görək beləcə «köpü alınandan» sonra Belçika hibridləri (hibrid siyasiləri) insanlara nə cavab verəcəklər?..
Yayılan son məlumatlara görə, Brüsseldə Avropa Birliyinin (AB) binası yaxınlığında üçüncü partlayış baş verib. Ölənlərin sayının 27 nəfərə çatdığı, 10-larla insanın yaralandığı xəbər verilir…