Paris terrorunda «PlayStation»dan istifadə olunub?
Parisi qana boyayan, 130-dan çox insanın ölümünə, 300-dən çox insanın yaralanmasına səbəb olan 13 noyabr terrorunda «PlayStation-4»dən istifadə olunduğu ilə bağlı ehtimallar var. Azərtaym.az xarici mətbuata istinadən xəbər verir ki, bu, Fransa polisinin terrorun hazırlanma şəkli ilə bağlı gəldiyi qənaətlərdən biridir. Terrorçuların tapılması üçün Brüsseldə keçirilən əməliyyat zamanı axtarış aparılan evlərin birindən bu oyun qurğusunun çıxması bu qənaəti bir az da möhkəmləndirib. Terrorçuların bir-birilə bu qurğu vasitəsilə əlaqə qurduğu da istisna olunmur. Belçikanın daxili işlər naziri Jan Jambon bildirib ki, «PlayStation»la əlaqəyə heç cür müdaxilə etmək və onu izləmək olmur. Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden sözügedən idarənin bəzi terrorçuları «World of Warcraft» kimi, oyun qurğuları üzərindən izəldiyini açıqlamışdı.