Prezident: «Ölüm hökmü verilsin!»

 

Çeçenistan prezidenti Ramzan Kadırov Rusiyada terrorçuların ölüm hökmünə məhkum edilməsi təklifi ilə çıxış edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Kadırov Rusiyanın bu cəzanı mütləq tətbiq etməli olduğunu bidirib: «Bu həyatdan nə qədər tez getsələr, bir o qədər yaxşı olar. Terrora görə həbs olunanları türmələrdə saxlamaq düzgün deyil. Onlar orada da pis əməllərini davam etdirirlər. Peyğəmbər deyir ki, onlar olan yerdə qan tökülər. Ona görə də belə adamları məhv etmək lazımdır».

Kadırov bildirib ki, Suriyadakı İŞİD-çilər arasında çeçenlər də var: «Suriyadakı İŞİD-çilər arasında çeçenlər var. Amma onu deyə bilərəm ki, Çeçenistanda İŞİD döyüşçüləri yoxdur. Bu birmənalıdır».






Fikirlər