Kadırov İŞİD-ə qarşı ən yaxşı ruhaniləri səfərbər etdi

 

ramzan_kadirov1Çeçenistanın xüsusi xidmətləri “İslam dövləti” (İŞİD) qruplaşmasının sosial şəbəkələrdəki təbliğatçılarına qarşı mübarizə aparır.
AzPolitika.info-nun “Rusiya Xəbərlər Xidməti”nə istinadən verdiyi məlumata görə, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.
Onun sözlərinə görə, bu işə Misir və Suriyanın universitetlərində təhsil almış “ən yaxşı müsəlman ruhaniləri” cəlb olunub. Çeçenistan rəhbəri qeyd edib ki, həmin ruhanilər İŞİD-in nə dinə, nə Qurana, nə də əhli-sünnə məzhəbinə aid olmadığını saatlara sübut edə bilər.
“Buna görə də, biz elə onların şəbəkə və saytlarında aktiv şəkildə iş aparırıq və sübut edirik ki, onların ehkamları səhvdir və Quranda belə şeylər heç vaxt olmayıb”, – deyə R.Kadırov vurğulayıb.
O, həmçinin dünya ictimaiyyətini İŞİD-ə qarşı birləşməyə çağırıb.






Fikirlər