“Suriyaya minlərlə çeçen göndərməyə hazırıq”

Suriyanın dövlət başçısı yardım istədi, biz də ona lazımi köməkliyi göstərdik.

 

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Suriyada hərbi əməliyyata başlamasından sonra Çeçenistan Respublikasının Prezidenti Ramzan Kadırov məsələ ilə bağlı danışarkən deyib:

 

“Önəmli olan odur ki, Rusiya beynəlxalq hüquqa əməl edir. Suriyanın dövlət başçısı yardım istədi, biz də ona lazımi köməkliyi göstərdik. ABŞ, Almaniya, Fransa və digərləri quldur kimi hərəkət edirlər. Əgər Vladimir Putin əmr edərsə, biz Suriyaya hərbi mütəxəssis göndərə bilərik. Hətta çeçen əsgərlər belə Suriyada hər an İŞİD-ə qarşı döyüşməyə hazırdırlar”.

 f






Fikirlər