PKK-ya təlim keçən alman polkovnik oteldə ölü tapıldı - Alnından tək güllə vuruldu iddiası

 

Terror  təşkilatı PKK-ya hərbi və logistik  dəstək verməsi ilə tanınan   Almaniya ordusunun polkovniki  Ştefan Spöttel  İraq Kürd Regional Rəhbərliyinin  paytaxtı Ərbildə ölü tapılıb. 

Avropa.info xəbər verir ki, İraq Kürdüstanı  səlahiyyətliləri tərəfindən edilən açıqlamada, kürd peşmergələrinə  təhsil vermək  bəhanəsi ilə Ərbildə yerləşən alman Pplkovnik Ştefan Spöttelin çərşənbə günü qaldığı otel otağında ölü tapıldığı bildirilib. 
Ancaq açıqlamada Spöttelin ölüm səbəbi açıqlanmayıb. Alman ordusu da Spöttelin ölümünü təsdiqləyib, lakin  hadisənin intihar və ya qətl olmadığı bildirilib.
Bəzi iddialara görə isə, Spöttel alnından tək gülləylə vurularaq öldürülüb. Qeyd edək ki, Ştefan Spöttelin adı PKK-çılara hərbi təlim keçməkdə də hallandırılırdı






Fikirlər