Saakaşvili: “Suriyaya girməklə Putin öz rejiminin sonunu tezləşdirəcək…”

 

3Suriyadakı Rusiya əsgərləri Putin rejiminin sonunu yaxınlaşdırır ki, bu da Ukrayna və bütün region üçün yaxşıdır.

Musavat.com xarici qaynağa istinadən xəbər verir ki, belə bir açılqlama ilə Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili çıxış edib.
Onun sözlərinə görə, Vladimir Putin əsgərləri Suriyaya göndərib, ancaq bu, elə yerdir ki, oradan qurtuluş yoxdur. “Putin indi məyus durumdadır, ona görə ki, neftin hazırkı qiyməti onun rejiminə labüd ölüm vəd edən səviyyədə qalmaqdadır. SSRİ də Reyqan dönəmində elə bu cür məhv olmuşdu. Putin ona görə Suriyaya soxulub ki, neftin qiymətini müəyyən edən Səudiyyə Ərəbistanını, Birləşmiş Ərəb Əmirliyini və başqa ölkələri şantaj eləsin.
Bu – Yaxın Şərqi daxildən partlatmaq cəhdidir. Ancaq bu mənasız cəhddir, özünü intihar cəhdidir” – deyib Saakaşvili.
Eks-prezident artıq Suriyadan rusiyalı hərbçilərin Sevastopola ilk tabutlarının gətirildiyini də söyləyib.

 






Fikirlər