Polisin apardığı bu bahalı maşınlar kimindir?

 
 

Ötən həftənin şənbə gününü Bakıda keçirilən reyd zamanı yol polisinin bahalı avtomobilləri saxlaması barədə məlumat verilmişdi.

 

Avtosfer.az bildirir ki, saxlanılan avtomobillər arasında daha iki bahalı maşın olub. 10 UM 055 dövlət nömrə nişanlı «Maserati»nin ödənilməmiş cərimələri var idi və səsboğucuya müdaxilə edilmişdi. Bu səbəbdən həmin avtomobilin cərimə meydançasına aparılmasına qərar verildi. Bunun ardınca isə «Azneft» meydanında 10 DV 900 nömrəli «Mercedes – Galendewagen» markalı avtomobil saxlanıldı. Avtomobilə konstruksiya dəyişikliyi edilmiş, əlavə işıqlar quraşdırılmışdı.

 

Bundan əlavə, səsboğucuya da müdaxilə olunduğu üçün «Galik» cərimə meydançasına aparıldı. Avtomobilin sürücüsü məsuliyyətdən yayınmaq üçün atasının adını çəkərək «Emiland» geyim dükanları şəbəkəsinin müdirinin oğlu olduğunu bildirdi. Lakin yol polisləri buna əhəmiyyət verməyərək avtomobili cərimə meydançasına apardılar.

 

Bundan əlavə, 90 VF 555 nömrəli "Hyundai - Genesis" markalı avtomobil də cərimə meydançasına salınıb. Gördüyünüz fotolar elə cərimə meydançasının qaşısında çəkilib.

 

 

- See more at: http://axar.az/news/65241#sthash.SyzZZXrh.dpuf
 

 

 






Fikirlər