Kadırov Türkiyədən “ÇEÇEN TERRORÇULARI” geri istədi

Biz Türkiyədən “çeçen terrorçuları”nı istəyirik.

 Axar.az xəbər verir ki, bu sözləri Çeçenistan lideri Ramzan Kadırov öz İnstaqram səhifəsində paylaşıb.

 O, Türkiyə-Rusiya münasibətlərinin bərpasından razı qaldığını bildirib:

 “Əgər Türkiyə hökumətinə “terrorçular” haqqında informasiya lazımdırsa, mən onları yenidən paylaşıram. Tarxan Qaziyev, Əhməd Ömərov, Əhməd Patayev, Şirvani Basayev, Maxran Səidov, Rizvan və Üsəma Yaqubovlar, Aslanbek Vadalov, Movsar Çatayev, Hadi Alasxanov, Rüstəm Naurbayev, eləcə də onların ideoloqu Mövladi Uduqov. Onlar özlərini Türkiyə sahillərində azad hiss edirlər”.






Fikirlər