Türkiyədəki çevrilişin arxasında bu ərəb ölkəsi durur? — Şok iddia (VİDEO)

Türkiyədəki çevrilişin arxasında bu ərəb ölkəsi durur? — Şok iddia (VİDEO)

İngiltərənin "The Guardian" qəzetində Türkiyədəki çevriliş haqqında geniş məqalə dərc olunub.

Ölkə.Az xəbər verir ki, qəzetin məqaləsində ortaya atılan iddialar dünya gündəmini qarışdırıb.

İddiaya görə, FETÖ-nün Türkiyədə planladığı çevrilişi Birləşmiş Ərəb Əmirlikləri hökuməti maliyyələşdirib.

İngilis qəzetin iddiasına görə, Birləşmiş Əmirliklər hökuməti bunun üçün fələstinli biznesmen, "Fəth" təşkilatının Qəzza bölməsindəki keçmiş nümayəndəsi Məhəmməd Dahlanı vasitəçi edib.

Ərəb dünyasındakı bir çox qaranlıq işlərdə baş rolu oynayan Dahlan Yasir Ərəfata sui-qəsd planlamaqdan tutmuş, Qəzzada HAMAS hakimiyyətini devirmək və Misirdəki çevriliş ərəfəsində bu ölkədə qaranlıq fəaliyyət göstərməyə qədər adı bir çox qaranlıq siyasi avantüralarda hallanıb.

Qəzet iddia edir ki, Dahlanın ərəb ölkələrində monarx ailələri və iri maliyyə qrupları ilə sıx əlaqəsi var. Məlumata görə, Dahlan Dubay şahzadəsi Məhəmməd bin Zeyd əl-Nahyanla da yaxın dostdur.

 






Fikirlər