Lavrovdan onu 13 saat gözləyən jurnalistlərə jest - ARAQ və PİZZA
Rusiya xarici işlər naziri Sergey Lavrov Cenevrədə Con Kerri ilə keçirdiyi görüşdə onları 13 saat gözləyən jurnalistlərə jest edib. “Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, XİN rəsmisi görüşün nəticələrinə dair açıqlama gözləyən jurnalistlərə qutularla pizza və bir neçə butulka araq hədiyyə edib. Lavrov qeyd edib ki, pizza amerikalı həmkarlarından, spirtli içki isə ruslardandır. Xatırladaq ki, dünən Cenevrədə Sergey Lavrovla Con Kerri arasında Suriya məsələsi ilə bağlı danışıqlar baş tutmuşdu. Rəsmilər danışıqları 13 saat davam etdirməklə rekorda imza atmışdılar.