Alimlərdən bəşəriyyətin sonu haqqında qorxunc PROQNOZ

Kanada alimləri bəşəriyyətin sonu haqda proqnoz veriblər. Alimlərin hazırladığı hesabatda bəşəriyyətin məhv olma şansının 2290-cı il üçün 50%, 2710-cu il üçün isə 95% gerçəkləşmə ehtimalı olduğu bildirilib.

Onlar bildirir ki, genetik texnologiyalar sayəsində insanların IQ səviyyəsinin, bununla paralel risklərin də artacağını deyiblər.

Yer Kürəsinin sonu haqda nəzəriyyəyə əsaslanan kanadalılar 3000-ci ilə qədər Yerdə həyatın məhv olacağını söyləyir. Amma əlavə edirlər ki, insanlar başqa planetlərdə məskunlaşmağa və nəhəng orbital kosmik stansiyalar inşa etməyi öyrənsələr bəşəriyyətin məhv olma ehtimalı kəskin azalacaq.

Məşhur ingilis alimi Stiven Houkinq bəşəriyyətin yaşaması üçün başqa planetlərdə koloniyalar yaratmasının əsas olduğunu demişdi. O, yaxın 100 il ərzində Marsda insan məskənlərinin salınacağını da söyləyib. (modern.az)






Fikirlər