ABŞ-da terror təhlükəsi - Hava limanı boşaldıldı

ABŞ-da terror təhlükəsi - Hava limanı boşaldıldı

ABŞ-ın Bellinqhem şəhəri (Vaşinqton ştatı) hava limanı təxliyə edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə,  xüsusi cihaz sərnişinlərdən birinin əşyaları arasında partlayıcı maddənin olduğunu göstərib.
Hava limanının giriş və çıxışları bağlanıb. Hadisə yerinə çox sayda polis və istehkamçılar cəlb olunub.
Digər təfərrüatlar barədə məlumat verilmir.

 






Fikirlər