Seyran Ohanyanın arvadı da işdən çıxarılır?
Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan işdən azad edildikdən sonra həyat yoldaşı Ruzanna Xaçatryan məzuniyyətə çixıb və hələ ki iş yerinə qayıtmayıb. "Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, onun əvvəlki iş yerinə qayıdacağı məlum deyil. İnfromasiayaya görə, ölkənin yeni səhiyyə naziri Levon Altunyan deyib ki, o, özündən əvvəlki nazir Armen Muradyanın müşavirlərinin işdən azad edilməsi tələbini irəli sürməyib. Məlumatda bidlririlib ki, keçmiş müdafiə nazirinin həyat yoldaşı sabiq səhiyyə nazirinin müşaviri işləsə də əsasən, başçılıq etdiyi "Erməni hərbi həkimləri assosiasiyası" ictimai birliyinin işləri ilə məşğul olub. Alytunyan keçmiş nazirin müşavirinin vəzifədən çıxarmaq niyyətində olmadığnı söyləsə də bunları da vurğulayıb: "Müşavirlərim işə gəlməyib, başqa məsələlərlə məşğul ola bilməzlər". Xəbərə görə, Ermənistan səhiyyə nazirinin 4 müşaviri var.