Ölümündən beş il ötən Qəddafinin sirləri - MARAQLI

Bu gün sabiq Liviya lideri Muammər Qəddafinin xalq tərəfindən linç edildiyi tarixdən beş il ötür. 2011-ci ilin bu günündə 42 illik hakimiyyətinin sonuncunda ağır şəkildə qətlə yetirilən Muammər Qəddafi özündən sonra bir çox sirləri dünya ictimaiyyəti üçün “əmanət saxladı”.

Moderator.az Qəddafi haqqında həmin maraqlı məqamlardan bir neçəsini xatırladacaq:
Qəddafinin hərəmi- deyilənlərə inansaq, Qəddafinin Benqazidəki imarətində gizli hərəmxana var idi ki, ora əsasən yeniyetmə bakirə qızlar cəlb olunurdu. Qəddafinin bu işə məsul olan qadınlardan ibarət xüsusi köməkçiləri var idi. Onlar bəzən məktəbdən həmin qızları ayıraraq hərəmxanaya aparırdılar. Bir fransız jurnalist bu barədə “Qəddafinin hərəmi” adlı kitab da yazıb.
Qadın mühafizəçilər- Qəddafi bütün dünyanın gündəmində olduğu zamanlarda onu qoruyan hərbçi qadınlardan ibarət komandası hamının marağına səbəb olmuşdu. Deyilənə görə, hərbi formalı, zəhmli və xüsusi bacarıqlara malik olan qadınlar elə Qəddafinin hərəmindən çıxanlar idi.
Estetik əməliyyat- Panərəbizm düşüncəsinin əsas daşıyıcılarından olan və kifayət qədər mühafizəkar insan kimi tanınan Qəddafinin bir maraqlı xüsusiyyəti də üz cizgilərinə xüsusi diqqət etmək olub. O simasındakı qəzəbin itməməsi üçün əsasən dəvə südündən istifadə edirdi. İtaliyalı estetik cərrahı Liviyaya dəvət edərək üz qırışlarına əncam çəkib. O, bu zaman həkimə demişdi ki, mən istəmirəm ki, indiki gənc liviyalılar məni qoca görsünlər.
Universitet yataqxanasındakı otaq- Qəddafi hamı kimiyyətdə olduğu 42 il ərzində bu sirri ilə də diqqət çəkdi. Yalnız linç ediləndən sonra həmin sirr- yəni universitet yataqxanasındakı otaq araşdırıldı. Belə ki, Qəddafi hakimiyyətə gəldiyi ərəfədə bəzən Tripoli Universitetinin yataqxanasında qalar və burada özünün xüsusi görüşlərini keçirərdi. Deyilənə görə, islam sosializmini özündə əks etdirən “Yaşıl kitab” da burada yazılıb. Qəddafi hakimiyyətinin sonrakı illərində də yataqxanadakı otağını unutmadı. Lakin o otaq illər sonra tam fərqli boyalara boyandı. Lüks şəraitdə təmir edildi və ən bahalı təhlükəsizlik və məişət cihazları ilə təmin edildi.
Qəddafinin üzüyü – Diktatorun iki həyat yoldaşı olub. Onlardan birini həddindən artıq sevən Qəddafi onun adını üzüyə həkk etdirərək barmağında gəzdirib. Hər zaman həmin üzük Qəddafi ilə bir olub. O, üsyançılar tərəfindən tutulan zamanda da üzərində olan əşya ancaq həmin üzük olub.
Gizlədilən qızı- Qəddafinin hamından gizlətdiyi Hana adlı qızı da olub. 1986-cı ildə ABŞ Liviyada böyük partlayış törədən zaman həmin qızın ölüm xəbəri yayıldı. Elə o vaxtdan Qəddafinin qızı Hananı hamı ölmüş bilirdi. Lakin üsyançılar qalib gəldikdən sonra Qəddafinin mülkünü yağmalayan zaman Hananın bir neçə il əvvələ aid toy şəkillərini üzə çıxardılar. Qəddafi 1986-cı ildən ta öldüyü ilə qədər həmin sirri özü ilə saxlayıb.

 






Fikirlər